Şuranın dəstəyilə “Post-neft dönəmində xarici sərmayələrin cəlb edilməsi yolları”na start verilir


"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi (BİAB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Post-neft dönəmində xarici sərmayələrin cəlb edilməsi yolları” adlı layihəyə start verib.

Daha ətraflı
 

Fikrət Yusifov: Böhrandan çıxışın yolları...


Bütün dünya ölkələrini əhatə edən iqtisadi və maliyyə böhranı şəraitində Azərbaycan nə etməli idi? Azərbaycan neftin qiymətlərinin kəskin aşağı düşdüyü bir dönəmdə öz iqtisadiyyatını yenidən qurmaq yolunu seçib, bu dəfə onun neftdən asılılığını əsaslı şəkildə aradan qaldırmaq və tam şaxələndirmək yolunu tutdu. Bu yolun düzgünlüyü artıq bütün beynəlxalq maliyyə qurumları və digər müvafiq təşkilatlar tərəfindən təsdiq olunub.

Daha ətraflı
 

Bank sektoru qısa zamanda praktik olaraq yenidən qurulmalıdır


Bir sözlə dolların ölkəyə axını kəskin şəkildə azaldığı bir durumda, ona bütün səviyyələrdən basqılar edilməyə başlandı. Dollarlaşma özünün pik həddinə çatdı. Təbii ki, bu durum bankların fəaliyyətini getdikcə ağırlaşdırmalı idi. Manata olan inamın azalması səbəbindən onun məzənnəsində baş verən iki kəskin devalvasiya bankların dollarla verdikləri kreditlərin geriyə qaytarılmasına ciddi problemlər yaratdı. Kreditlərin verilməsi maksimum məhdudlaşdırıldı.

Daha ətraflı
 

Fikrət Yusifov: Biz həm də Olimpiya ölkəsi olduğumuzu sübut etdik!


Növbəti Yay Olimpiaya Oyunları yekunlaşdı. Bu gün idmançılarımız vətənə qayıdır. Bu oyunlarda komandamızın uğurları hər birimizi sevindirir. Kİmlərsə qızıl medalların azlığından bir qədər "gileyli” qalsalar da, bir böyük həqiqət var və ONU hər kəs olduğu kimi qəbul etməyə borcludur – Rio-de-Janeyroda əldə olunmuş nəticələr Azərbaycan idmanının böyük uğurudur! Qızıl medallara gəlincə isə o medalların sayını bir neçə dəfə artırmaq şanslarımız kifayət qədər böyük idi.

Daha ətraflı
 

Fikrət Yusifov: Turizm bizə nə vəd edir?


Azərbaycan dünyanın turizmin inkişafı üçün çox əlverişli təbii şəraiti olan ölkələrindən biridir. Bu səbəbdən bizdə turizmin inkişaf perspektivləri bütün səviyyələrdə kifayət qədər yüksək qiymətləndirilir. Ölkə iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmaq yolunda hökumətin götürdüyü kursa uyğun olaraq, qeyri-neft sektorunun əsas istiqamətlərindən biri kimi, turizmə dövlət səviyyəsində diqqət getdikcə artırılır. İndi qarşıya bu sahəni real sektorun ən aparıcı istiqamətlərindən birinə çevirmək vəzifələri qoyulur. Turizm sahəsində hazırda biz haradayıq və hara gedirik? 

Daha ətraflı
 

Fikrət Yusifov: Vergi islahatları bizə nə vəd edir?


Avqust ayının 4-də Prezidentin imzaladığı "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Sərəncamın əsas hədəfləri nələrdən ibarətdir? Bu sərəncamla nəzərdə tutulan tədbirlərin reallaşdırılması vergi sistemində hansı yeniliklərə səbəb olacaq? Ən əsası, vergi sistemində aparılacaq bu islahatlar ölkə iqtisadiyyatına və onun əsasını təşkil edən sahibkarlığın inkişafına nə kimi töhvələr verə biləcək? 

Daha ətraflı
 

Fikrət Yusifov: Bütün bölgələrimizə örnək ola biləcək Naxçıvan...


Bu gün Naxçıvanın başqa bölgələrə nümunə ola biləcək qədər bir uğurunun təməl daşı 1990-cı illərin əvvəllərində ULU ÖNDƏR Heydər Əliyev Ali Məclisə Rəhbərlik etdiyi dövrdə qoyulmuşdu. O dövrdə blokada şəraitində olan Naxçıvana nəfəslik qədər zəruri olan bir yolun  - Araz çayı üzərindən Türküyə ilə Naxçıvanı birləşdirən "Ümid körpüsü”nün salınması bölgənin sosial-iqtisadi həyatı üçün inqilabı bir addım idi. Naxçıvana diqqət ULU ÖNDƏR Azərbaycan rəhbərliyinə gəldikdən sonra da eyni  qaydada davam etdirildi. Prezident İlham Əliyev Naxçıvanın sosial- iqtisadi inkişafına xüsusi diqqət yetirir.

Daha ətraflı
 

Fikrət Yusifov: Büdcədəki kəsir nə qədər qorxuludur?


Maliyyə nazirliyi bu günllərdə Dövlət Büdcəsinin 2016-cı ilin birinci yarısında icrası barədə hesabat açıqlayıb. Hesabata əsasən yarım il ərzində Dövlət Büdcəsinə    proqnozla nəzərdə tutulduğundan 21.1% və ya 687,7 milyon manat az vəsait daxil olub. Nazirliyin açıqladığı hesabatdan sonra büdcənin gəlirlərində yaranmış bu vəziyyəti cəmiyyətə az qala ölkədə maliyyə kollapsı kimi təqdim etmək istəyənlər tapıldı.

Daha ətraflı
 

Fikrət Yusifov: Bank islahatları iqtisadi islahatların ayrılmaz hissəsidir.


Ölkə iqtisadiyyatının neftdən asılılığının minimuma endirilməsi və onun real sektora transformasiya edilməsi məqsədilə artıq bir ilə yaxın başlanan sürətli iqtisadi islahatlar öz növbəsində bank sektorunun da yenidən qurulmasını zəruri etdi. Yeni iqtisadi mühütdə banklar bazarı daha yaxından hiss edən, onun tələblərini hər kəsdən tez müəyyən etməyi bacaran analitik bir mərkəz kimi fəaliyyət göstərməlidirlər.

Daha ətraflı
 

Fikrət Yusifov: Mövcud iqtisadi duruma qara yaxanlara...


Cari ilin iyul ayının 10-da 2016-cı ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin  mıvcud iqtisadi durumla bağlı səsləndirdiyi fikirlərə "Azadlıq” qəzetində iki siyasinin 6 gün fərqlə dərc olunmuş açıqlamalarını oxudum. Öncə deyim ki, hər iki yazı məzmunca eynidir, iqtisadiyyatla bağlı rəqəmlər isə olduğu kimi bir birini təkrarlayır. Oxuyub düşünürsən – kimləri  aldatmağa hesablanıb bu "açıqlamalar”? 

Daha ətraflı
 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi