logo
logo

Copyright © 2021 “Ekonomiks” | Bütün hüquqlar qorunur

İqtisadiyyat

“Görülən bütün tədbirlərə baxmayaraq, əksəriyyət hələ də nağd ödənişlərə üstünlük verir”

“Görülən bütün tədbirlərə baxmayaraq, əksəriyyət hələ də nağd ödənişlərə üstünlük verir”

13/08/2021

3 dəq. oxu

Son mətbuat konfransı zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov nağdsız hesablaşmaların həyatımıza lazımi səviyyədə daxil olmadığını etiraf etdi: “Ölkədə nağdsız ödənişlərlə bağlı heç bir problem olmasa da, əhali yenə də nağd ödəməyə üstünlük verir”. Onun sözlərinə görə, bu istiqamətdə işlər davam etdirilir və nağdsız ödənişlərin payı ildən-ilə artır. Belə ki, ilin birinci yarısının nəticələrinə görə, bankomatlar və POS-terminallar vasitəsilə ödəniş kartları üzrə dövriyyə 2,9 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 25,7% çoxdur. Mərkəzi Bank tərəfindən ilin birinci yarısının yekunları üzrə, nəşr olunan ödəniş sistemlərinin yarımillik icmalına əsasən, bu ilin 1 iyul tarixinə Azərbaycanda 10,4 milyon bank kartı olub. Bu faktın diqqətəlayiq tərəfi odur ki, hər bir azərbaycanlının birdən çox bank kartı var. Daha doğrusu, bank kartlarının sayı artıq ölkə əhalisindən 260-265 min ədəd çoxdur. Nağdsız ödənişlərin yeni formalarını təklif edən yeni oyunçular da bazara çıxır. Yalnız keçən ilin oktyabr ayında ani ödəniş sistemi yaradıldı. Və yarım il ərzində bu sistem artıq 37,4 min əməliyyat həyata keçirdi. Bu əməliyyatların ümumi məbləği 97,9 milyon manat təşkil edir. “PayPal”, “Apple Pay”, “Google Pay” kimi oyunçuların ortaya çıxması da nağdsız ödənişlərin artmasına səbəb olur. Xüsusilə bu baxımdan Mərkəzi Bankın rəqəmsal tərəfdaşına çevrilən “MasterCard” fərqlənir. Amma bu artım tempi Rüstəmovu razı salmır. "Əldə olunan nəticələr hələ də Mərkəzi Bankı qane etmir. Hələ çox iş görməliyik", - deyə o bildirib.


Sabiq maliyyə naziri, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov da AYNA-ya şərhində deyib ki, əhəmiyyətli irəliləyişlərə baxmayaraq, nağdsız ödənişlər hələ də geniş tətbiq edilmir və bu səbəbdən əhali nağd pul istifadə etmək məcburiyyətində qalır: “Nağdsız özdəniş ehtimalının belə olmadığı bazarlara daha yaxından baxmaq lazımdır. Nağdsız ödənişlər üçün kassa aparatları və terminallar yoxdur və buna görə də vətəndaşların köhnə yolla ödənişləri etməsi təəccüblü deyil”. Fikrət Yusifov: Müşahidələr göstərir ki, kiçik biznes, ticarət və xidmət sahələrində, xüsusən də paytaxtın kənarında nəinki nağdsız ödənişlər, hətta məcburi kassa aparatları da istifadə edilmir, müştərilərə standart çeklər verilmir. Paytaxt bazarlarında bank kartı ilə ödəniş etmək bir yana, heç adi kassaların olmasına belə, işarə yoxdur. Yusifov hesab edir ki, sözügedən problemi həll etmək üçün təbliğat işləri aparmaq lazımdır: “İnsanlara nağdsız ödənişlərin onlara niyə faydalı olması izah edilməlidir. Eyni zamanda, artıq qeyd edildiyi kimi, nağdsız ödənişlərə deyil, əskinaslara üstünlük verilməsinin əsas səbəbi, hər yerdə nağdsız ödənişlər üçün kart terminalına malik kassa aparatlarının və lazım olan bütün infrastrukturun olmamasıdır. Bu problem həll edildikdə, düşünürəm ki, insanlar bank kartlarından istifadə edərək, ödəniş etməkdən məmnun olacaqlar. Bundan əlavə, nağdsız ödənişlərin təşviqi sistemi mövcuddur”.


Bu məntiqə uyğun olaraq, sabiq nazirin fikrincə, hər yerdə uyğun infrastruktur və imkanlar yaradılsa, nağdsız alış-verişlərə, xüsusilə də iri alışlara tətbiq edilən ƏDV güzəştləri nəzərə alınmaqla, nəinki bank kartı ilə ödəmək rahat olar, həm də sərfəli olar: “Verilən güzəştlər baxımından nağdsız ödənişlər, xüsusən də paketlərlə əmək haqqının miqdarını azaltmaqla ölkə iqtisadiyyatını kölgədən çıxarmağa kömək edir. Əhali üçün faydalara gəlincə, nağdsız əməliyyatlar sürətli və rahatdır”. Həqiqətən də, bank kartları və ya digər virtual ödəniş üsulları olsun, nağdsız ödənişlərin əsas üstünlüklərindən biri istifadə rahatlığıdır. Yanınızda böyük miqdarda pul daşımağa ehtiyac yoxdur və eyni zamanda həm ölkə daxilində, həm də xaricdə lazımlı alış üçün ödəmə imkanı var. Hər dəfə pul çıxarmağın, xırdalamağın heç bir mənası yoxdur. Məsələn, bank kartları sahibləri üçün bankomatdan nağd pul çıxarmaq lazım deyil, nağdsız ödənişlə-mağazada, kommunal xidmətlər və ya mobil xidmətlər üçün və s. əməliyyat aparmaq daha rahatdır.