“Hökumət benzin və dizel yanacağının qiymətlərinə hansı halda yenidən baxa bilər?” - Sabiq nazir

 
"Desək ki, dünya bazarlarında neftin qiymətlərinin aşağı düşməsi fonunda bizdə heç bir dəyişiklik baş verməyəcək bu doğru olmaz. Mən burada narahatçılıq doğura biləcək ciddi əsaslar görmürəm”. 

Bu barədə AZADİNFORM-a açıqlamasında sabiq maliyyə naziri, "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin  (BİAB) sədri Fikrət Yusifov son vaxtlar dizel yanacağı və benzinin qiymətinin ucuzlaşacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
O vurğulayıb ki, qiymətlərin bəzi mallar üzrə müəyyən qədər bahalanması təkcə neftin qiymətlərinin dünya bazarlarında aşağı düşməsi ilə bağlı deyil: "Burada psixoloji bir məqamı nəzərdən qaçırmaq olmaz. Biz dəfələrlə belə halların şahidi olmuşuq. Hansısa bir ölkədə neft kəmərinin partladılması belə neftin dünya bazarlarındakı qiymətlərinə dərhal təsir edə bilir. Burada daha çox psixoloji faktor öz işini görür”. 
F.Yusifov  əlavə edib ki,  hazırda bizdə bəzi malların qiymətlərinin artması da daha çox psixoloji amillə bağlıdır: "Hesab edirəm ki, neftin qiymətinin dünya bazarlarında aşağı düşməsi uzun müddət davam edərsə, o halda Azərbaycan hökuməti daxili bazarda benzinin və dizel yanacağının qiymətlərinə yenidən baxa bilər və bu da təbii haldır”.



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi