“Post-neft dönəmində xarici sərmayələrin cəlb edilməsi yolları” layihəsinə yekun vurub.

PRESS-RELİZ

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Post-neft dönəmində xarici sərmayələrin cəlb edilməsi yolları” layihəsinə yekun vurub.
Layihə müddətində Rusiya Federasiyası Sankt-Peterburq şəhərində, İsmayıllı və Ağsu şəhərlərində Azərbaycanda qeyri-neft sektorunun inkişafı, xarici sərmayənin Azərbaycana cəlb edilməsinin əsas istiqamətləri və təbliğinə yönəldilmiş tədbirlər keçirilib. Tədbirlərdə dövlət qurumlarının nümayəndələri, sahibkarlar, müstəqil ekspertlər və yerli QHT-lərin təmsilçiləri iştirak edib.

Bundan başqa təşkilat investisiyaların dövlət tərəfindən təşviqinin, xarici sərmayənin cəlbini özündə əks etdirən materiallar nəşr edərək tədbir iştirakçılarına paylanmış, xarici sərmayələrin ölkəyə cəlb edilməsi istiqamətində məsləhətlər vermişdir.

Layihənin icrası müddətində layihə rəhbəri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov yerli və xarici media, internet tv kanalları və internet media üzərindən ölkədə aparılan iqtisadi islahatlar və investisiya mühiti haqqında çıxışlar etmiş, məqalələr yayımlamışdır.

Post neft dönəmində xarici sərmayənin Azərbaycana cəlb edilməsi və investisiya mühitinin optimallaşdırılması istiqamətində tədbirlərin davamı kimi xarici ölkələrin təcrübələrinin öyrənilmiş, İEÖ-in və İEOÖ-in təcrübələri təhlil edilmiş, qonşu ölkələrin nüfuzlu elm-təhsil müəssisələrinin mütəxəssisləri, alimləri ilə müzakirələr aparılmış, əldə edilmiş nəticələrə dair təkliflər zərfi hazırlanaraq müvafiq dövlət orqanlarına göndərilmişdir. Bundan başqa ölkə prezidentinin müvafiq fərmanına əsasən hazırlanan iqtisadi islahatların strateji yol xəritəsinin ictimai müzakirələrində təşkilatın rəhbəri aktiv iştirak etmiş və buna dair müvafiq təkliflər səsləndirilmiş, məqalələr nəşr edilmişdir. 

Bununla da 4 ay müddətində icra olunan layihə üzrə bütün hədəflər uğurla yekunlaşdırılmışdır.
 



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi