PRESS-RELİZ Rusiya Federasiyası Sankt-Peterburq

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin həyata keçirdiyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Post-neft dönəmində xarici sərmayələrin cəlb edilməsi yolları” layihəsi üzrə Rusiya Federasiyası Sankt-Peterburq şəhərində keçirilmiş  tədbirin nəticələrinə dair

PRESS-RELİZ


31 Oktyabr  2016-cı il tarixində "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin Sədri Fikrət Yusifov Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyə dəstəyi ilə həyata keçirilən "Post-neft dönəmində xarici sərmayələrin cəlb edilməsi yolları” layihəsi çərçivəsində  Rusiya Federasiyası Sankt-Peterburq şəhərinə ezamiyə təşkil edərək  "Xarici sərmayələr üçün münit investisiya mühiti” mövzusunda tədbiri keçirib. Tədbirdə xarici iş adamları, sahibkarlar, müstəqil ekspertlər və yerli KİV-lərin təmsilçiləri iştirak edib.
Tədbirin əsas məqsədi dövlətin həyata keçirdiyi iqtisadi islahatların mahiyyətini, yerli və xarici KİV-lər vasitəsilə açıqlamaq yolu ilə xarici investorlarda Azərbaycandakı biznes mühiti barəsində müsbət rəy formalaşdırmaqdır.
Tədbiri giriş sözü ilə açan və tədbir iştirakçılarını salamlayan "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin Sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov  tədbirin məqsədi barədə qısa məlumat verdi.
Ekonomiks BİAB Sədri Fikrət Yusifov tədbirdə çıxış edərək son illər ölkədə aparılan iqtisadi islahatlar, iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən layihələr, Azərbaycan Prezidentinin sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi strateji xarakterli qərarlar barəsində tədbir iştirakçıarına ətraflı məlumat verdi.  
Çıxışçı bildirdi ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Hazırda Azərbaycanda Rusiya kapitallı şirkətlər, Rusiyada isə Azərbaycan şirkətləri uğurla fəaliyyət göstərirlər. Son illər Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına milyardlarla ABŞ dolları həcmində birbaşa investisiya qoyulub. Bütün bu göstəricilər ölkənin münbit investisiya mühitinin olmasını bir daha təsdiq etməklə, gələcəkdə də Azərbaycana sərmayə yatırmağın rentabelli olmasını bir daha təsdiq edir. 
Tədbirə dəvət olunmuş xarici iş adamları, ekspertlər və elm adamları Azərbaycanın yeni investisiya mühiti haqqında çıxış etmişlər. Çıxışçılar iki ölkə arasında mövcud iqtisadi əlaqələrin uğurlu inkişaf etdiyini bildiriərək gələcəkdə də inkişafı təmin edilməsinin vacibliyini vurğuladılar. Sonda xarici sərmayədarlar və iş adamları Azərbaycan dövlətinin apardığı islahatların xarici sərmayələrin cəlbi baxımından mühüm əhəmiyyəti olduğunu bildirmişlər.
Tədbirin yekununda panel disskusiyalar aparıldı və tədbir iştirakçılarının sualları cavablandırdı



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi