Aksiz vergilərinin artırılması başqa malların qiymətlərinə təsir etməyəcək - Fikrət Yusifov

 
Bir neçə gündür spirtli içkilərin və tütün məmulatlarının qiymətinin bahalaşacağı barədə informasiyalar yayılır. Bu bahalaşmanın digər məhsulların və xidmətlərin qiymətlərinə da təsir göstərməsi, ümumiyyətlə bu infilyasiya səviyyəsinə təsir etməsi riski var. 

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Fikrət Yusifov Musavat.com-a açıqlamasında deyib ki, aksiz yüksək rentabelli məhsul istehsalından əldə edilən əlavə mənfəətin bir hissəsinin dövlət büdcəsinə tutulmasını təmin edən vergidir: "Elə buna görədir ki, hələ XVII əsrin ortalarında iqtisadçılar aksiz vergilərini qalan digər vergilərdən daha çox gəlir gətirə bilən bir vergi kimi xarakterizə edirdilər. Digər tərəfdən,  aksiz vergilərinin tətbiqində bir başqa məqsəd cəmiyyət üçün sosial cəhətdən zərərli malların - spirtli içkilərin, tütün məmulatlarının və s.  istehlakını məhdudlaşdırmaqdır".  
İqtisadçı ekspertin fikrincə, Azərbaycanın 2015-ci il dövlət büdcəsində aksiz vergilərindən daxilolmalar 564,0 milyon manat və ya büdcənin ümumi gəlirlərinin 2,9%-i həcmində nəzərdə tutulub: "Təcürbə göstərir ki, hökumətlər bir qayda olaraq növbəti ilə aksiz vergilərinin artırılmasını proqnozlaşdırırlar. Yəni bütün başqa vergilərdən daha tez-tez artım yolu keçmək aksiz vergilərinin payına düşür". 
Nazirlər Kabinetinin aksiz vergilərinin artırılması ilı bağl son günlərdə qəbul etdiyi qərar hansı zərurətdən irəli gəlmişdir?  F.Yusifov bildirir ki, Söhbət illərdən bəri ətrafında danışıqlar gedən lakin bu qərarın qəbuluna qədər öz həllini tapmayan bir məsələdən gedir: "Dünya təcürbəsində bir qayda olaraq həm ölkə daxilində istehsal edilən və həm də ölkəyə idxal olunan eyni adlı məhsullara tətbiq edilən aksiz vergiləri bir birlərindən fərqlənmirlər. Bizim ölkəmizdə isə uzun illərdir daxildə istehsal olunan və ölkəyə idxal olunan eyniadlı malların aksiz vergiləri arasında fərqlər mövcud idi. Hökumət məhz həmin fərqləri aradan qaldırmaq məqsədilə bu addımı atdı. Burada bir məsələni də yada salmaq yerinə düşərdi ki, Azərbaycanın üzv olduğu və hər biri ilə yaxından əməkdaşlıq etdiyi beynəlxalq maliyyə qurumları da bu məsələnin həll edilməsini dəfələrlə hökumətə tövsiyə edirdilər.  
Aksiz vergilərinin artırılmasınin başqa malların qiymətlərinə təsir edəcəyinə inanmıran. Çünkü bu qiymətlər arasında birbaşa və ya dolayı əlaqə yoxdur. Bu səbəbdən bu dəyişikliyin infilyasiya səviyyəsinə təsiri də mümkün deyil".


 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi