“Büdcənin neftdən asılılığı 25-30 faizə düşə bilər”

Azərbaycanın 2015-ci il üçün dövlət büdcəsi parlament tərəfindən qəbul edilib. Neftin qiymətinin  dünya bazarlarında düşdüyü bir dövrdə mətbuatda büdcə müzakirələri əvvəlki illərdə olduğundan daha geniş aparılır və indiki durumda büdcənin gəlirlərinin necə formalaşdırıldığı ciddi şəkildə müzakirə olunur. Bəzi ekspertlər iddia edir ki, dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına zərbə vuracaq. Nəticədə cəmiyyət ağır durumla üz-üzə qalacaq.
 
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov isə fərqli düşünür.  İqtisadi sahəni və büdcə ayrılmalarını əhatə edən araşdırmaların çoxu ilə tanış olduğunu deyən F. Yusifovun sözlərinə görə, həmin ekspertlərin fikirləri birtərəflidir və siyasi maraqlardan qaynaqlanır: "Əksər araşdırmalarda heç nə ilə əsaslandırılmayan fikirlər səsləndirilir və təbii ki, belə yanaşımın sonunda müəlliflər hər vəchlə xalqı fəlakət gözlədiyini bəyan edirlər. Bu çağırışlardan bir neçəsinə baxaq: "Neftin qiyməti yeni üsyanlar vəd edirmi?”, "Bu bahalaşma anonsudur”, "Hökumət vəziyyəti anlamır və  ölkəni bu günü necə yola verək siyasəti ilə idarə edir” və s. Sanki bütün bu təhlillər insanlar arasında çaşqınlıq və təşviş yaratmağa istiqamətlənib. Neftin qiymətlərinin aşağı düşməsi halını bu qədər dramatikləşdirib, ona siyasi don geydirmək absurddur. Unutmayaq ki, 1999-cu ilin ortalarına yaxın dünya bazarlarında neftin qiymətinin 15-18 dollara və hətta bir gün rekord həddə - 8 dollara düşdüyü bir vaxtda belə, Azərbaycan hökuməti büdcədən əmək haqlarının, təqaüdlərin vaxtında ödənilməsini təmin edə bilirdi. Həmin dövrdə büdcənin neftdən asılılığı indikindən daha çox idi”.
 
Bəs əsil həqiqət nədən ibarətdir? Azərbaycanın neftdən asılılığı hansı səviyyədədir? BİAB sədri qeyd edib ki, dünyada neft istehsal edən ölkələrin hamısında büdcənin neftdən asılılığı mövcuddur və bu asılılıq müxtəlif ölkələr üzrə 30%-dən 90%-ə qədər dəyişir: "Azərbaycanda büdcənin neftdən real asılılığı bəzı özünü ekspert adlandıranların dediyi kimi 75-80% deyil. Bəli Neft Fondundan dövlət büdcəsinə edilən transferi nəzərə aldıqda büdcə gəlirlərinin 53 faizi birbaşa neftdən daxilolmaların payına düşür. Ancaq bu gün Neft Fondunu büdcədən təcrid etmək nə dərəcədə məntiqilidir? Gəlin bu məsələyə bir başqa reallıqdan yanaşaq . Hesab edək ki, bu 10,3 mlyard manat vəsait Neft Fondundan büdcəyə ayrılmayıb. İnvenstisiya layihələrini büdcəyə yönəltmədən birbaşa Neft Fondundan maliyyələşdirmək olar. Əslində bu səlahiyyəti heç kəs bizim əlimizdən almayıb. Necə ki, bu gün Neft Fondu özü bir sıra böyük layihələri maliyyələşdirir. Yeri gəlmişkən, bir çox neft hasil edən ölkələrdə invenstisiya xərclərinin birbaşa Neft Fondundan maliyyələşdirilməsi təcürbəsi var və bu təcürbə heç də özünü pis doğrultmur. Sual edirəm: onda büdcənin neftdən asılılığı hansı səviyyədə olacaqdı? Bax onda büdcənin real neftdən asılılığı təxminən 25-30% civarında olacaqdı ki, bu halı mütəxəsis olmayanlar belə, normal saymalıdır. Mənə tez-tez deyirlər ki, Neft Fondundan transferləri bir kənara qoysaq belə, büdcəmizdə neft sənayesindən daxil olan vergilər onsuz da azalmayacaq. Bəli, bu belədir, çünkü neft ölkəsiyik və neftimiz olmasaydı, biz onun əvəzinə təbiətin məmləkətimizə bəxş etdiyi sərvəti prioritet sahəyə çevirməyə məhkum olacaqdıq - necə ki bunu nefti olmayan başqa ölkələr edib. Bu gün alternativ yanacaq növlərinin getdikcə daha real formada ortalığa çıxdığı bir şəraitdə biz neftdən gələn pulları ciddi invenstisiya layihələrinə yatırmaqla ölkəmizin iqtisadi qüdrətini artirmağa nail olmalı və bununla da gələcəyimizin real dividentini əldə etməliyik. Ən qəribəsi isə odur ki, büdcəni təhlil edən ekspertlər pozitiv məqamları demək olar ki, görmək istəmirlər. Büdcənin son 15 ildəki artım dinamikasına baxaq. 1998-99-cu illərdə büdcə 1,2 milyard dollar olub, hazırda isə 25 milyard dollardır. Təbii ki, burada neft gəlirlərinin artımı kifayət qədərdir və bu da çox təbiidir.  Bu gün bizim dövlət büdcəmizin gəlirləri ərazisi bizim ərazimizdən 6,6 dəfə, əhalisi bizim əhalidən 4,5 dəfə çox olan Ukraynanın dövlət büdcəsinin gəlirləri həddindədir. Unutmayaq ki, keçmiş SSRİ respublikaları içərisində Ukrayna ən böyük sənaye potensialı olan bir respublika idi. Azərbaycanı Ermənistanla müqayisə etmirəm, çünkü iqtisadi qüdrətimiz artdıqca, Ermənistan iqtisadiyyatını və onun əhalisinin həyat tərzini xarakterizə edən göstəricilər bizdəki analoji göstəricilərin fonunda gülünc görünür. Büdcəni araşdırmaq istəyən ekspertlərə bu araşdırmaları dəqiq mənbələrdən götürülmüş məlumatlarla zənginləşdirməyi məsləhət görürəm”.
 
F. Yusifov 2015-ci ilin büdcəsini mütərəqqi büdcə hesab edir: "Düşünürəm ki, büdcə göstəricilərinə yenidən baxılmasına dair iddialar yersizdir. Bu məsələ gündəmə ancaq o zaman gələ bilər ki, neftin qiymətləri dünya bazarlarında 50 dollar həddinə ensin. Büdcəyə ümumiləşdirilmiş bir rəy verməklə yanaşı, bir məsələni də qeyd etmək vacibdir. Bu da büdcə vəsaitlərindən daha səmərəli istifadə etmək və onların istifadəsi zamanı yol verilən neqativlərin aradan qaldırılması sahəsindəki işlərin daha da gücləndirilməsindən ibarətdir. Hesab edirəm ki, bu sahədə Maliyyə Nazirliyinin və Hesablama Palatasının işi daha səmərəli təşkil edilməlidir”.



 
Цитата
  • Группа: Гости
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Видео Майнкрафт приведения в доме. Oleg Bolshakov. ПодписатьсяПодписка оформленаОтменить подписку. Пожаловаться на видео? Выполните вход, чтобы сообщить о неприемлемом контенте. minecraft portal
Как установить мод StarWars: Скачайте и установите Minecraft Forge. Скачайте.zip файл мода. Bebder не удаётся скачать мод я установил текстурпак и мод запускаю майнкрафт а он крашается помоги пожалуйста.
С этой игрой вы сможете стать настоящим капитаном огромного средневекового парусного судна! Почувствуйте себя морским волком, бороздите морские просторы в поисках сокровищ.
<a href="http://best-minekraft.pp.ua/">minecraft список</a> * Не разрушать блоки.

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi