Spirtli içkilər və tütün məmulatlarının yeni aksiz dərəcələri qüvvəyə mindi

 
Martın 1-dən Azərbaycana gətirilən spirtli içki, tütün məmulatlarının, eləcə də neft məhsullarının yeni aksiz dərəcələrini qüvvəyə minib. Bu barədə Nazirlər Kabinetinin rəsmi mətbuatda dərc edilmiş qərarında deyilir.

Qərara uyğun olaraq, ölkəyə gətirilən səməni pivəsinin 1 litri üçün 1,0 manat (əvvəl bir dollar), təbii üzüm şərabları, üzüm suslosunun 1 litri üçün 2,5 manat, şampan şərabının 1 litri üçün 2,5 manat, viski, rom, cin və ardıc tinkturası, araq, likörlərin 1 litri üçün 6,0 manat təşkil edir.

Siqarlar və siqarillaların hər 1000 ədədi üçün 4 manat, siqarların hər 1000 ədədi üçün aksiz dərəcələri 10 manatdır.

Qərara görə, respublikaya idxal olunan aviasiya benzininin bir tonu üçün aksizlər bir manat (bundan əvvəl bir dollar); mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə 1 ton üçün 200 manat (bundan əvvəl 250 dollar); mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 98 və ya çox oktan ədədi ilə 1 ton üçün 120 manat; emalın spesifik prosesləri üçün orta distilyatların 1 tonu üçün 80 manat təşkil edir.

Bundan əlavə, Nazirlər Kabinetinin qərarı ilə, aviasiya yanacağı üzrə aksiz dərəcələri bir ton üçün bir manat; xüsusi benzinlər: uayt-spirit 1 tonu üçün 1,0 manat (əvvəl bir dollar); təbii qazın 1 tonu üçün 1,0 manat; sürtkü yağları və digər yağların 1 tonu üçün 1,0 manat (əvvəl 100 dollar); neft koksu, neft bitumu və neftin və ya neft məhsullarının emalından qalan, o cümlədən bitumlu minerallardan alınmış digər qalıqların 1 tonu üçün 24 manat (əvvəl - 30 dollar); maye yanacağın 1 tonu üçün 1,0 manat və digər neft məhsulları 1 ton üçün 50 manat təşkil edəcək


 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi