"Peyğəmbərlik etmək qabiliyyətində idinizsə..." - Fikrət Yusifov

 
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov manatın kursunun müəyyənləşdirilməsinə dair Mərkəzi Bankın etdiyi dəyişikliklərə münasibət bildirib.   

F.Yusifov bir neçə gün öncə  "Manatın kursunun kəskin dəyişməsi ehtimalı yoxdur" deməsinə verilən reaksiyalara münasibət bildirərkən qeyd edib.  Bu gün milli valyutanın məzənnəsi ətrafında yaranmış anlaşılmazlıqlardan çirkin şəkildə siyasi məqsədlərə istifadə edənlərə: Siz əgər Peyğəmbərlik etmək qabiliyyətində idinizsə son iki ayda mətbuatda bütün səviyyədən olan iqtisadi yazarların manatın məzənnəsinin tədricən devalvasiya edəcəyi ilə bağlı dediklərini nə üçün təkzib edib Mərkəzi Bankın "şok effektli" addım atacağını soyləmirdiniz? İndi Mərkəzi Bank fevralın 16- da manatın məzənnəsi ilə bağlı müvafiq addım atandan sonra özünüzü hamıdan ağıllı sayıb başqalarına yersiz iradalar tutmaqla məşğulsunuz. Manatın məzənnəsi ilə bağlı baş verən proseslərə dair geniş təhlilimiz olacaq. Təsləsmək lazım deyil!"   

Qeyd edək ki, Mərkəzi Bankın kəskin devalvasiya gedəcəyini gözləməyən iqtisadçıların demək olar ki hamısı yumşaq gedişatın tərəfdarı kimi çıxış edirdiler.


 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi