Şuranın dəstəklədiyi layihə uğurla yekunlaşıb

 "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı iqtisadi fəsadlar və problemin həllindən sonra atılacaq addımlarla bağlı təkliflərin hazırlanması” layihəsinə yekun vurub.
 
qhtxeber.az-a daxil olan məlumata görə, layihə müddətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin iqtisadi fəsadları haqqında Azərbaycan və İngilis dilində broşür nəşr edilib, münaqişənin iqtisadi fəsadları haqqında Bakı şəhərində tədbir keçirilib. 
 
Layihənin icrası müddətində layihə rəhbəri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov yerli və xarici media, həmçinin internet media üzərindən münaqişənin iqtisadi fəsadları haqqında məqalələr yayımlayıb. Münaqişənin iqtisadi fəsadları haqqında petisiyanın internet üzərindən keçirilməsinə start verilib və aidiyyatı təşkilatlar vasitəsilə bunun təbliği aparılıb. Qeyd olunanlarla yanaşı, münaqişə nəticəsində dəymiş zərərin ödənilməsi üçün beynəlxalq hüquqa uyğun işlər aparılıb. Layihə müddətində görülən işlər internet saytlar, sosial şəbəkələr üzərindən aktiv təbliğ edilib. Bununla da 4 ay müddətində icra olunan layihə uğurla yekunlaşıb.
 


 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi