Şuranın dəstəyilə səsvermənin nəticələri beynəlxalq qurumlara ünvanlanacaq

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı iqtisadi fəsadlar və problemin həllindən sonra atılacaq addımlarla bağlı təkliflərin hazırlanması” layihəsi çərçivəsində Bakı şəhərində tədbir keçirib.
 
qhtxeber.az-a daxil olan məlumata görə, tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin iqtisadi fəsadları haqqında Azərbaycan və İngilis dilində broşürun təqdimatı keçirilib, həmçinin layihə çərçivəsində iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun xarici mediada münaqişənin iqtisadi fəsadları haqqında nəşr etdirdiyi məqalələri haqında məlumat verilib. Həmçinin bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsinin iqtisadi fəsadları haqqında petisiyanın internet üzərindən keçirilməsinə start verilib. Layihə rəhbəri hər kəsi səsvərmədə aktiv iştirak etməyə dəvət edib, səsvermə nəticələrinin beynəlxalq qurumları ünvanlanacağı bildirilib.
 
Tədbir təşkilatçısı qeyd olunanlarla yanaşı, münaqişə nəticəsində dəymiş zərərin ödənilməsi üçün beynəlxalq hüquqa uyğun işlərin aparıldığını vurğulayıb. 
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi