Şuranın dəstəyilə “Post-neft dönəmində xarici sərmayələrin cəlb edilməsi yolları”na start verilir

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi (BİAB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Post-neft dönəmində xarici sərmayələrin cəlb edilməsi yolları” adlı layihəyə start verib.

qhtxeber.az-a verilən məlumata görə, layihənin əsas məqsədi dövlətin həyata keçirdiyi iqtisadi islahatların mahiyyətini, yerli və xarici KİV-lər vasitəsilə açıqlamaq yolu ilə xarici investorlarda Azərbaycandakı biznes mühiti barəsində müsbət rəy formalaşdırmaqdır. Bundan başqa xarici sərmayənin ölkəyə cəlbi istiqamətində həm ölkə daxilində və həm də xaricdə biznes dairələrlə görüşlər keçiriləcək, mövcud problemlər haqqında sahibkarların mövqeyi öyrəniləcək. Aparılacaq işlərin nəticəsi təhlili ediləcək və bu əsasda təkliflər paketi hazırlanaraq aidiyyati üzrə dövlət strukturlarına təqdim olunacaqdır.

Layihə Bakı, İsmayıllı, Ağsu şəhərlərində icra ediləcək. Eyni zamanda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfərin təşkili nəzərdə tutulur. 

Qeyd edək ki, layihə 4 ay müddətində icra olunacaq.


 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi