“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı iqtisadi fəsadlar və problemin həllindən sonra atılacaq addımlarla bağlı təkliflərin hazırlanması”

     Bakı şəhəri                                                                                                 03  iyul  2017-ci il                                                                                                                                                     


"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı iqtisadi fəsadlar və problemin həllindən sonra atılacaq addımlarla bağlı təkliflərin hazırlanması” adlı layihənin başlanmasına dair

PRESS RELİZ

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı iqtisadi fəsadlar və problemin həllindən sonra atılacaq addımlarla bağlı təkliflərin hazırlanması” adlı layihəyə start verib.
Layihənin əsas məqsədi Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış sosial-iqtisadi problemlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması təşəbbüslərinə dəstək verməkdir. Eyni zamanda beynəlxalq ictimaiyyəti torpaqların azad edilməsindən sonra Ermənistanın dəymiş ziyanı ödəməyə borclu olduğuna inandırmaqdır. 
Layihə müddətində təşkilat ingilis dilində broşurun nəşri etdirəcək, xarici mətbuatda problemin yaratdığı iqtisadi və humanitar fəlakət haqqında məqalələri dərc etdirəcək, problemin həllindən sonrakı dönəmdə beynəlxalq hüquqa uyğun atılacaq addımlar haqqında təkliflərlə çıxış edəcək. Bundan başqa internet üzərindən petisiya təşkil edilərək nəticələr beynəlxalq təşkilatlara ünvanlanacaq.  Layihənin icra müddəti 4 ay nəzərdə tutulur. 



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi