Azərbaycan iqtisadiyyatı 5,7 faiz artıb

 
2015-ci ilin birinci yarısında Azərbaycanda 26,3 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsindən "Biab"- a verilən məlumata görə, bu dövrdə iqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış ÜDM 9,2 faiz, neft-qaz hasilatı və emalı sektorunda isə 1,3 faiz artıb, qeyri-neft sahələrinin ÜDM-də xüsusi çəkisi 66,9 faizə çatıb.

ÜDM-in 54,1 faizi iqtisadiyyatın istehsal sahələrinin, o cümlədən 36,0 faizi sənayenin, 12,5 faizi tikintinin, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 37,5 faizi isə xidmət sahələrinin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,4 faizini təşkil edib.



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi