Azərbaycanda neft və qaz hasilatının həcmi açıqlandı

 
 
Bu il Azərbaycanda təqribən 40,7 milyon ton neft hasil ediləcəyi planlaşdırılır. BIAB.az  "trend.az”-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov Bakıda keçirilən XXII Beynəlxalq "Xəzər Neft və Qaz” sərgi və konfransında deyib.

2015-ci ildə qaz hasilatının 30,2 milyard kubmetr səviyyəsində olacağı proqnozlaşdırılır.

Onun sözlərinə görə, 2014-cü ildə Azərbaycanda neft hasilatı 42 milyon ton, qaz hasilatı isə 29,6 milyard kubmetr təşkil edib.

R.Qurbanov qeyd edib ki, bu il SOCAR-ın neft hasilatı 8,3 milyon ton, qaz hasilatı isə 6,5 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır: "Şirkətin bu il hasil edəcəyi neftin ümumi həcmindən 6,5 milyon ton emala, 1,7 milyon ton isə ixraca göndəriləcək".


 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi