SOCAR Xəzərdə iri qaz yatağında qazma işinə başlayır

 
 
BIAB.az "trend.az”-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) "Ümid" yatağında üçüncü quyunu qazmağa başlamağı planlaşdırır. Bunu Trend-ə SOCAR-ın yüksək vəzifəli nümayəndəsi deyib.

O bildirib ki, biz yaxın günlərdə "Ümid" yatağında quraşdırılmış platformadan üçüncü quyunu qazmağa başlayacağıq: "Bu, maili tip quyu olacaq".

Qeyd edək ki, SOCAR 2010-cu ildə "Ümid" yatağının açılışını elan etmişdi. "Ümid" yatağındaki iki quyunun sutkalıq debeti 1,1-1,5 milyon kubmetr qaz arasında dəyişir.


 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi