2008-2014-cü illər ərzində SOCAR “Petkim”ə 2,2 mlrd. dollar yatırıb

 
"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə həyata keçirdiyi biznes fəaliyyətinin böyük bir hissəsi qardaş ölkənin neft-kimya nəhəngi olan "Petkim”in inkişafı ilə bağlıdır”.

"APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev B-20 Azərbaycan Regional Məsləhətləşmə Forumunda çıxışı zamanı bildirib.
 
Onun sözlərinə görə, SOCAR "Petkim” yarımadasında neft emalı - neft kimyası – enerji - logistika inteqrasiyası çərçivəsində həyata keçirilən iri maliyyə tutumlu "Value-site” layihəsi nəticəsində 2023-cü ildə "Petkim”in Türkiyə bazarındakı payını 40%-ə qaldırmaq niyyətindədir: "Təməli 2011-ci ildə iki qardaş dövlətin başçıları tərəfindən qoyulmuş  STAR Neft Emalı Zavodunun inşası uğurla davam edir. İldə 10 milyon ton neft emal edəcək bu zavodun tikilməsi ilə Türkiyənin idxal kəsiri azalacaq, "Petkim”in xammala ehtiyacının ödənilməsində dönüş yaranacaq. Petkim yarımadasındakı yük limanının genişləndirilməsi daha bir iri layihəmizdir. Mərhələlərlə 2015-2016-cı illərdə tamamlanmasını nəzərdə tutduğumuz bu liman Egey bölgəsində ən böyük konteyner limanı olacaq. Biz eyni zamanda "Petkim”in enerji ehtiyaclarını təmin etmək məqsədi ilə yarımadada elektrik stansiyasının tikilməsini də nəzərdə tuturuq. 2008-2014-cü illər ərzində SOCAR tərəfindən "Petkim”ə 2,2 milyard ABŞ dolları həcmində sərmayə qoyulub. Qarşıdakı 7-8 il müddətində isə 10 milyard dollarlıq vəsait qoyuluşu planlaşdırılır”.


 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi