Xarici iş adamı manat alıb, neyləyəcək?

İstanbulda təşkil olunan V Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumundakı çıxışında Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü ölkələrarası ticarətin milli valyutalarla aparılmasına toxunub. O deyib ki,milli valyutalarla ticarətin aparılacağı təqdirdə iş adamları məzənnə fərqlərindən zərər görməyəcək. Milli valyutada ticarətin aparılması üçün lazımi qərarlar qəbul ediləcək.

Dövlətlər arasında ticarətin milli valyutalarla aparılması təklifləri mütəmadi olaraq gündəmə gəlir. Ancaq bu təkliflər nə qədər realdır? Milli valyuta ilə ticarətətin perspektivləri nədir?

İqtisadçı ekspert Azər Mehtiyev deyir ki, ölkələrarası ticarətin milli valyuta ilə aparılması ilə bağlı on illərdir bir çox ölkələr, xüsusilə Rusiya iş aparır. Ekspert bunun asan məsələ olmadığını bildirir. Onun sözlərinə görə, bunun üçün yeni sistem yaradılmalıdır.
Azər Mehtiyev qeyd edir ki, hər hansı bir ölkənin valyutası gündən-günə məzənnə itirirsə, heç bir sahibkar həmin valyuta ilə vəsait köçürülməsinə razılaşmaz. Ekspert deyir ki, uzun illər bu barədə xeyli müakirələr, təkliflər səsləndirilsə də bunun tez bir zamanda reallaşması inandırıcı deyil.
 
Azər Mehtiyev: "tez bir zamanda reallaşması inandırıcı deyil"

Digər ekspert Rəşad Həsənov bildirir ki, ölkələrin milli valyuta ilə ticarət həyata keçirməsində əsas məqsəd öz milli valyutalarının məzənnəsini qoruyub saxlaya bilməməsidir. Rəşad Həsənov bu kimi yanaşmaları effektiv hesab etmir. Ekspert deyir ki, bunun tətbiqi azad iqtisadiyyata və liberalizmə zidd yanaşmadır.

 
 
Keçmiş maliyyə naziri Fikrət Yusifov da bildirir ki, dünya iqtisadiyyatında stabillik yaşanmadığı üçün bu təklifin hələlik gündəmdə yeri yoxdur. Onun sözlərinə görə dünya ticarətinin 70 faizi ABŞ dolları ilə aparıldığından bu məsələnin tətbiqi,deyildiyi qədər asan deyil. Ekspert bildirir ki, dolların dünya bazarında bahalaşdığı dövrdə milli valyutaların özlərini necə aparacağı sualı ortadadır.
 
 




 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi