pattern

MÜSAHİBƏ

ANA SƏHİFƏ | MÜSAHİBƏ

Uşaqpulu bərpa edilməlidir – “Neft ölkəsi olan Azərbaycan bu məsələni həll etməlidir”

3/9/2021

  • paylaş:

"O qənaətdəyəm ki, uşaqpulu verilməlidir. Neft ölkəsi bu məsələni həll etməlidir. Digər neft ölkələrinə baxanda görürük ki, hamısında ehtiyacı olanlara hər səviyyədə dəstək və yardımlar edilir. Azərbaycanda da birdəfəlik yardımlar var. Amma uşaqpulu da əlavə olunmalıdır”. Bu sözləri Sfera.az-a açıqlamasında uşaqpulunun bərpası məsələsinin yenidən, Milli Məclis üzvü Aqil Abbasın timsalında deputatlar səviyyəsində belə müzakirə predmeti olmasına münasibət bildirərkən iqtisad elmləri doktoru, sabiq maliyyə naziri Fikrət Yusifov deyib. Onun sözlərinə görə, neft ölkəsində bu məsələdə problem olmamalıdır: "Bu məsələ tamamilə spesifik məsələdir. Düzdür, ölkədə pandemiya və Vətən müharibəsi səbəbindən müəyyən maliyyə çətinlikləri yaranıb, bununla belə problem yoluna qoyula bilər. Dövlətin nə qədər maliyyə çətinlikləri olsa da, bu məsələnin üzərinə qayıdılmalı və nəhayət, öz həllini tapmalıdır”. Həmsöhbətimizin fikrincə, uşaqpulunu vermək üçün ölkədə lazımi resurslar və ehtiyatlar var: "Həmin resursları mobilizə edib, bir araya gətirib, heç olmasa müəyyən məbləğdə uşaqlı ailələrə dəstək olmalıyıq. Uşaq pulu məsələsi uzun müddətdir, cəmiyyətin bütün səviyyələrində müzakirə predmetidir. Harada olursan, vətəndaşlar uşaqpulu məsələsini qaldırır. Ona görə də onların istəklərinə cavab verilməlidir”.