pattern

MÜSAHİBƏ

ANA SƏHİFƏ | MÜSAHİBƏ

Fikrət Yusifov: “Fransız şirkətləri Azərbaycanda reallaşdırılan və dəyəri Ermənistanın iki illik dövlət büdcəsindən çox olan layihələrdə bilavasitə iştirak edirlər”.

5/6/2021

  • paylaş:

Azərbaycanın bu şirkətlərdən Fransa hökümətinə və parlamentinə təsir etmək imkanları varmı?.. “Fransa tərəfdən Azərbaycanın ərazi bütövlüyünə qarşı indiyə qədər edilən bütün yanlışlıqlara görə üzr istənilməsi tələb olunmalı və bu tələblərin yerinə yetirilməsi üçün müəyyən vaxt verilməlidir. Əgər bu vaxt ərzində tələblər yerinə yetirilməzsə, bütün Fransız şirkətləri Azərbaycandan çıxarılmalı və Fransa ilə diplomatik əlaqələr kəsilməlidir”. Bu sözləri sabiq maliyyə naziri Fikrət Yusifov son bir ildə Fransanın dövlət səviyyəsində Azərbaycana qarşı sərgilədiyi düşməncəsinə münasibətə baxmayaraq Farnsa şirkətlərinin Azərbaycanın energetika sektorunda böyük paya sabib olmalarının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib. Son bir ildə Fransanın dövlət səviyyəsində Azərbaycana qarşı sərgilədiyi düşməncəsinə münasibətin şahidi oluruq. Lakin bu da bir faktdır ki, Farnsa şirkətləri Azərbaycanın energetika sektorunda böyük paya sabibdirlər. Təkcə onu qeyd edək ki, statistikaya görə Azərbaycanda 45 fransız şirkəti çalışır və bunlardan 34-ü dövlət sifarişləri həyata keçirir. Fransanın “Total” şirkəti isə “Abşeron” yatağında 50% paya sahibdir. Fransanın sərgilədiyi açıq anti-Azərbaycan siyasətinə baxmayaarq fransız şirkətlərinin Azərbaycanın enerji sektorunda bu qədər böyük paya sahib olması nə qədər məntiqlidir və yaxud Azərbaycan bu şirkətlərdən Fransa hökümətinə və parlamentinə təsir etmək imkanları varmı? Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı sabiq maliyyə naziri Fikrət Yusifova müraciət edib. Fikrət Yusifov: “Fransız İş adamları Azərbaycanda 2,2 milyard dollar, Azərbaycan iş adamları isə Fransada 2,6 milyard dollar yatırımlar ediblər İki ölkə arasında iqtisadi və ticarət əlaqələri son illər sürətlə inkişaf etməkdədir”. Fransanın bizə son illərdə Qarabağla bağlı bir çox problemlər yaşadığını xatırladan sabiq nazir bildirib ki, hətta bu ölkənin Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək ona etiraz notası təqdim olunub: “Son bir ildə Fransa Azərbaycan münasibətlərində yaranmış gərginliyin əsas səbəbi Fransa dövlətinin başında dayanan səriştəsiz prezident E.Makronun ağılsız addımlarıdı. Təsadüfi deyil ki, bir müddət öncə qardaş Türkiyənin prezidenti cənab R.T.Ərdoğan onun psixi durumunun şübhəli olduğuna dair fikirlər səsləndirmiş və belə birisini Fransanın başına bəla adlandırmışdı. Həqiqətən də Azərbaycan kimi bir ölkə ilə münasibətləri ayaqlar altına almaq qədər yanlışlığı yalnız psixi durumunda problem olan birisi edə bilərdi. Bu gün Fransanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 2/3-si Azərbaycanın payına düşür. Fransız şirkətləri Azərbaycanın enerji sektorunda ciddi paya sahibdirlər. Hal-hazırda Azərbaycanın ərazisində Fransız kapitalı ilə 45-dən çox şirkət fəaliyyət göstərir. Fransız şirkətləri Azərbaycanda reallaşdırılan və dəyəri Ermənistanın iki illik dövlət büdcəsindən çox olan (təqribən 7 milyard dollar) layihələrdə bilavasitə iştirak edirlər. Fransız İş adamları Azərbaycanda 2,2 milyard dollar, Azərbaycan iş adamları isə Fransada 2,6 milyard dollar yatırımlar ediblər. İki ölkə arasında iqtisadi və ticarət əlaqələri son illər sürətlə inkişaf etməkdədir. Fikrət Yusifov: “Onlar erməni sevgisi ilə bu münasibətlərin üzərindən xətt çəkməyə hazırdırlar. Bəs belə olan halda biz nəyi gözləyirik? Gözləyirik ki, Fransa Qarabağda hələ ki, qondarılıb qalmış rejimi bir subyekt kimi tanısın?”. Lakin görünən budur ki, bütün bunlar Fransaya lazım deyil. Onlar erməni sevgisi ilə bu münasibətlərin üzərindən xətt çəkməyə hazırdırlar. Bəs belə olan halda biz nəyi gözləyirik? Gözləyirik ki, Fransa Qarabağda hələ ki, qondarılıb qalmış rejimi bir subyekt kimi tanısın? Fransa bizə son illərdə Qarabağla bağlı bir çox problemlər yaşadıb. İş o yerə çatıb ki, bu ölkənin Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək ona etiraz notası təqdim olunub. Fransa son bir ildə başda siyasi deletant E.Makron olmaqla özünü Azərbaycanın yaralı yeri olan Qarabağla bağlı olduqca yaramaz bir şəkildə aparır. Nə etmək lazımdır? Hesab edirəm ki, Fransanın Azərbaycana qarşı bu yaramaz siyasəti davam edərsə, bu ölkəyə onunla bütün diplomatik və iqtisadi əlaqələrin kəsiləcəyinə dair rəsmi xəbərdarlıq edilməlidir. Bu xəbərdarlıqda eyni zamanda Fransa tərəfdən Azərbaycanın ərazi bütövlüyünə qarşı indiyə qədər edilən bütün yanlışlıqlara görə üzr istənilməsi tələb olunmalı və bu tələblərin yerinə yetirilməsi üçün müəyyən vaxt verilməlidir. Əgər bu vaxt ərzində tələblər yerinə yetirilməzsə, bütün Fransız şirkətləri Azərbaycandan çıxarılmalı və Fransa ilə diplomatik əlaqələr kəsilməlidir. Azərbaycanın bu addımı bizə qarşı yanlış mövqedə olan digər ölkələr üçün də yaxşı dərs olar. Biz haqqımızı tanıyanın dostu, onu tapdalayanın düşməni olmağı bacarmalıyıq. Yoxsa...”.Azərbaycanın bu şirkətlərdən Fransa hökümətinə və parlamentinə təsir etmək imkanları varmı?.. “Fransa tərəfdən Azərbaycanın ərazi bütövlüyünə qarşı indiyə qədər edilən bütün yanlışlıqlara görə üzr istənilməsi tələb olunmalı və bu tələblərin yerinə yetirilməsi üçün müəyyən vaxt verilməlidir. Əgər bu vaxt ərzində tələblər yerinə yetirilməzsə, bütün Fransız şirkətləri Azərbaycandan çıxarılmalı və Fransa ilə diplomatik əlaqələr kəsilməlidir”. Bu sözləri sabiq maliyyə naziri Fikrət Yusifov son bir ildə Fransanın dövlət səviyyəsində Azərbaycana qarşı sərgilədiyi düşməncəsinə münasibətə baxmayaraq Farnsa şirkətlərinin Azərbaycanın energetika sektorunda böyük paya sabib olmalarının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib. Son bir ildə Fransanın dövlət səviyyəsində Azərbaycana qarşı sərgilədiyi düşməncəsinə münasibətin şahidi oluruq. Lakin bu da bir faktdır ki, Farnsa şirkətləri Azərbaycanın energetika sektorunda böyük paya sabibdirlər. Təkcə onu qeyd edək ki, statistikaya görə Azərbaycanda 45 fransız şirkəti çalışır və bunlardan 34-ü dövlət sifarişləri həyata keçirir. Fransanın “Total” şirkəti isə “Abşeron” yatağında 50% paya sahibdir. Fransanın sərgilədiyi açıq anti-Azərbaycan siyasətinə baxmayaarq fransız şirkətlərinin Azərbaycanın enerji sektorunda bu qədər böyük paya sahib olması nə qədər məntiqlidir və yaxud Azərbaycan bu şirkətlərdən Fransa hökümətinə və parlamentinə təsir etmək imkanları varmı? Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı sabiq maliyyə naziri Fikrət Yusifova müraciət edib. Fikrət Yusifov: “Fransız İş adamları Azərbaycanda 2,2 milyard dollar, Azərbaycan iş adamları isə Fransada 2,6 milyard dollar yatırımlar ediblər İki ölkə arasında iqtisadi və ticarət əlaqələri son illər sürətlə inkişaf etməkdədir”. Fransanın bizə son illərdə Qarabağla bağlı bir çox problemlər yaşadığını xatırladan sabiq nazir bildirib ki, hətta bu ölkənin Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək ona etiraz notası təqdim olunub: “Son bir ildə Fransa Azərbaycan münasibətlərində yaranmış gərginliyin əsas səbəbi Fransa dövlətinin başında dayanan səriştəsiz prezident E.Makronun ağılsız addımlarıdı. Təsadüfi deyil ki, bir müddət öncə qardaş Türkiyənin prezidenti cənab R.T.Ərdoğan onun psixi durumunun şübhəli olduğuna dair fikirlər səsləndirmiş və belə birisini Fransanın başına bəla adlandırmışdı. Həqiqətən də Azərbaycan kimi bir ölkə ilə münasibətləri ayaqlar altına almaq qədər yanlışlığı yalnız psixi durumunda problem olan birisi edə bilərdi. Bu gün Fransanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 2/3-si Azərbaycanın payına düşür. Fransız şirkətləri Azərbaycanın enerji sektorunda ciddi paya sahibdirlər. Hal-hazırda Azərbaycanın ərazisində Fransız kapitalı ilə 45-dən çox şirkət fəaliyyət göstərir. Fransız şirkətləri Azərbaycanda reallaşdırılan və dəyəri Ermənistanın iki illik dövlət büdcəsindən çox olan (təqribən 7 milyard dollar) layihələrdə bilavasitə iştirak edirlər. Fransız İş adamları Azərbaycanda 2,2 milyard dollar, Azərbaycan iş adamları isə Fransada 2,6 milyard dollar yatırımlar ediblər. İki ölkə arasında iqtisadi və ticarət əlaqələri son illər sürətlə inkişaf etməkdədir. Fikrət Yusifov: “Onlar erməni sevgisi ilə bu münasibətlərin üzərindən xətt çəkməyə hazırdırlar. Bəs belə olan halda biz nəyi gözləyirik? Gözləyirik ki, Fransa Qarabağda hələ ki, qondarılıb qalmış rejimi bir subyekt kimi tanısın?”. Lakin görünən budur ki, bütün bunlar Fransaya lazım deyil. Onlar erməni sevgisi ilə bu münasibətlərin üzərindən xətt çəkməyə hazırdırlar. Bəs belə olan halda biz nəyi gözləyirik? Gözləyirik ki, Fransa Qarabağda hələ ki, qondarılıb qalmış rejimi bir subyekt kimi tanısın? Fransa bizə son illərdə Qarabağla bağlı bir çox problemlər yaşadıb. İş o yerə çatıb ki, bu ölkənin Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək ona etiraz notası təqdim olunub. Fransa son bir ildə başda siyasi deletant E.Makron olmaqla özünü Azərbaycanın yaralı yeri olan Qarabağla bağlı olduqca yaramaz bir şəkildə aparır. Nə etmək lazımdır? Hesab edirəm ki, Fransanın Azərbaycana qarşı bu yaramaz siyasəti davam edərsə, bu ölkəyə onunla bütün diplomatik və iqtisadi əlaqələrin kəsiləcəyinə dair rəsmi xəbərdarlıq edilməlidir. Bu xəbərdarlıqda eyni zamanda Fransa tərəfdən Azərbaycanın ərazi bütövlüyünə qarşı indiyə qədər edilən bütün yanlışlıqlara görə üzr istənilməsi tələb olunmalı və bu tələblərin yerinə yetirilməsi üçün müəyyən vaxt verilməlidir. Əgər bu vaxt ərzində tələblər yerinə yetirilməzsə, bütün Fransız şirkətləri Azərbaycandan çıxarılmalı və Fransa ilə diplomatik əlaqələr kəsilməlidir. Azərbaycanın bu addımı bizə qarşı yanlış mövqedə olan digər ölkələr üçün də yaxşı dərs olar. Biz haqqımızı tanıyanın dostu, onu tapdalayanın düşməni olmağı bacarmalıyıq. Yoxsa...”.