Fəaliyyət istiqamətləri

Birlik qarşısına qoyduğu məqsədlərə çatmaq üçün aşağıdakı fəaliyyətləri həyata keçirir:


İqtisadiyyat sahəsində və sosial sferada aparılan islahatların həyata keçirilməsinə yardım etmək;
Aparılan iqtisadi və sosial islahatların yerli xüsusiyyətlər nəzərə alınmaqla beynəlxalq təcürbəyə uygun həyata keçirilməsi istiqamətində təkliflər işləyib hazırlamaq;
İqtisadi və sosial islahatların aparılmasına dair qanunvericiliyin, eləcə də, bu sahələrdə yeni qanunvericilik aktlarının elmi-təcürbi ekspertizasını keçirib onların daha təkmil vəziyyətə gətirilməsi üçün təklif və layihələr irəli sürmək;

 

Ölkə daxilində aparılan iqtisadi və sosial islahatların vəziyyəti haqqında məlumat toplamaq və bu islahatların aparılması zamanı yol verilən nöqsanların xarakterini müəyyən etmək və bunların qarşısının alınması üçün tədbirlər planı, layihələr hazırlamaq;

İqtisadi və sosial islahatların aparılması zamanı mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə və təşkilatların hüquqlarının qorunması üçün maarifləndirici tədbirlər keçirmək və aparılan islahatlar zamanı birbaşa hüquqları pozulmuş müəssisə və təşkilatların hüquqlarını müdafiə etmək;

Azərbaycan Respublikasınin iqtisadi qüdrətinin artırılması və əhalinin sosial durumunun daha da yaxşılaşdırılması istiqamətində zəruri olan bütün tədbirləri həyata keçirmək;

Beynəlxalq aktlara və təcrübəyə, Azərbaycan Respublikasının yerli xüsusiyyətlərini nəzərə alaraq iqtisadi və sosial inkişafın ümumi prinsiplərinə uyğun şəkildə ölkə qanunvericiliyinin təkmilləşdirilməsində, eləcə də qanunvericilik aktlarının hazırlanmasında fəal iştirak etmək, beynəlxalq təşkilatlar ilə əlaqələr yaratmaq, onlarla əməkdaşlıq etmək, beynəlxalq təcrübəni öyrənmək, bu məsələlərlə bağlı dəyirmi masalar keçirmək, zərurət olduqda müstəqil ekspertizalar keçirmək, mülahizələr aparmaq, müstəqil olaraq və ya dövlət idarələri, ictimai təşkilatlar və ya dövlət qurumları ilə birlikdə konqreslər, konfranslar, seminarlar keçirmək, kitab və broşuralar çap etdirmək;

İqtisadi və sosial sahələrdə fəaliyyət göstərən ictimai birliklərlə qarşılıqlı əməkdaşlıq etmək;

Birlik öz məqsəd və vəzifələrini yerinə yetirmək üçün mövcud qanunvericiliklə qadağan edilməmiş digər fəaliyyətləri də həyata keçirə bilər.


Birlik qarşısına qoyduğu məqsədləri aşağıdakı formalarda həyata keçirir:

 


Görüşlər, simpoziumlar, konfranslar, forumlar, dəyirmi masalar, treninqlər, kurslar, müsabiqələr və başqa tədbirləri təşkil edir;

 

İqtisadi və sosial islahatların aparılması ilə əlaqədar proqramlar, konsepsiyalar və təkliflər verir;
Dövlət, məhkəmə və digər orqanlarda müəssisə və təşkilatların hüquqlarını müdafiə edir;
Jurnallar, qəzetlər, bülletenlər, kitabçalar, broşuralar və s. çap edib yayır, hüquqi reklam çarxları hazırlayır;
Xarici dövlətlərdə, eləcə də, Azərbaycan Respublikasında iqtisadiyyat və sosial sahədə mövcud olan analoji qurumlarla əlaqələr yaradır;

 

Elmi araşdırmalar, tədqiqatlar, monitorinqlər, sorğular aparır, layihələr, təkliflər paketi hazırlayır, onların həyata keçirilməsi üçün tədbirlər görür;

İqtisadi və sosial sahələrə aid olan mərkəzlər, xidmət sahələri, qruplar, bölmələr, komissiyalar və s. yaradır;

Qanunvericiliyə müvafiq qaydada kütləvi informasiya vasitələri, mətbu nəşrlər təsis edir;

Qanunla qadağan olunmayan digər fəaliyyət formaları ilə məşğul olur.

Birlik qarşısına qoyduğu məqsədlərə çatmaq üçün, bu Nizamnamədə müəyyən etdiyi vəzifələri yerinə yetirmək üçün Birliyin Fəaliyyət Planını hazırlayır və təsdiq edir.

Birlik ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir.



 

Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu, qüvvədə olan digər qanunvericilik aktları və bu nizamnamə əsasında həyata keçirir.

 

Ekonomiks-BAB-Maliyy-hesabatlar-2015.pdf [369,87 Kb] (cкачиваний: 2)

Ekonomiks-BAB-Maliyy-hesabatlar-2016.pdf [446,51 Kb] (cкачиваний: 10)


Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi