“I Avropa Oyun larının nəticələrinin ictimai müzakirəsi” yekunlaşdı

 
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Bakı 2015 I Avropa Oyun larının nəticələrinin ictimai müzakirəsi” adlı layihəsi başa çatıb. Bununla bağlı noyabrın 30-da yekun konfrans keçirilib.
 
Görülmüş işlər barədə media mənsublarına ətraflı məlumat verən layihə icraçıları aparılmış araşdırmanının üzə çıxardığı konkret faktlardan danışıb, I Avropa Oyunlarından sonra Azərbaycanın maraqlarına uyğun baş vermiş hadisələrdən söhbət açıblar. Tədbirdə
layihənin məqsəd və məramları, I Avropa Oyunlarının ölkəmizin gələcək inkişafında oynayacağı rol və dövlətimizə qarşı yönəlmiş qərəzli kampaniyalardan da geniş şəkildə bəhs olunub. Tədbir təşkilatçəları qeyd ediblər ki Avropa Oyunlarının nəticələri tədricən daha qabarıq şəkildə özünü göstərəcək.
 
"Apardığımız araşdırmalar göstərir ki, müsbət mənada qiymətləndirəcəyimiz müəyyən nəticələr artq var. Bu sırada birinci növbədə ölkəmizin təbliğ olunmasını göstərə bilərik. I Avropa Oyunları bizə imkan verdi ki, Azərbaycanı bütün tərəflərdən dünyaya göstərə bilək və ölkəmizə qarşı bəzi qərəzli dairələrin apardığı əsassız kampaniyalr iflasa uğradaq. Xarici turistlər, dünyaca məşhur Avropa qəzetlərinin təmsilçiləri gəlib öz gözlərilə gördülər ki, Azərbaycan necə inkaş edib və burada hansı dəyərlər təbliğ olunur. Xalqımız qonaqpərvərliyi,  insanlarımızın istiqanlığı, təbiətimizin gözəlliyi hamını heyran qoydu. Bir sözlə, Azərbaycan həm siyasi, həm də iqtisadi müstəvidə nəyə qadir olduğunu bütün dünyaya açıq şəkildə nümayiş etdirə bildi. Bu isə ölkəmizə maraqğın artması, xarici investorların cəlb olunması, turist axınının gücləndirilməsi baxımından cox vacib və əhəmiyyətli idi” – deyə, konfransda vurğulanıb.
Təşkilatçılar xüsusi olaraq qeyd ediblər ki, sözügedən layihə I Avropa barədə əhalinin müəyyən bir kəsimində yaranmış yalnış təsəvvürləri dağıdıb.
 
Konfransada məlumat verilib ki, layihə çərçivəsində Şamaxı rayonunda və Mingəçevir şəhərində
Sakinlərlə görüş keçirilib, Kanal13 internet televiziyasında  6 teledebat təşkil olunub.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, layihənin icrasına sentyabrın 1-dən başlanılıb və noyabrın 30-da bütün işlər yekunlaşdırlıb.
Layihə icraçıları ölkəmiz üçün tarixi əhəmiyyət daşıyan I Avropa Oyunları ilə bağlı və onun nəticələrinə həsr olunmuş layihəyə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına öz təşəkkürlərini bildiriblər.


 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi