“Azərbaycanda iqtisadiyyatın pul təminatı 15% ətrafındadır” – Fikrət Yusifov

"Bu gün Azərbaycan hökumətinin apardığı iqtisadi islahatların qarşısında dayanan ən böyük maneə ölkənin bank sistemindəki acınacaqlı vəziyətdir. Bunun belə olduğunu Prezident İlham Əliyev son müşavirələrin birində çox aydın bir şəkildə ifadə etdi”.

Hafta.az bildirir ki, bunu keçmiş maliyyə naziri Fikrət Yusifov deyib. Nazirin sözlərinə görə, bu islahatlar nəticə etibarilə ümumi iqtisadi inkişafımız üçün hava və su qədər lazım olan iqtisadiyyatın pul təminatına yol açmalıdır:

"Ölkə başçısı çıxışında haqlı olaraq "bizim iqtisadiyyatımıza ən böyük zərbəni də banklar vururlar” dedi. Ona görə də bu gün hökumətin və Mərkəzi Bankın ən ümdə vəzifələrindən biri qısa zaman ərzində ölkənin bank sektorunun yenidən qurulmasına aparan sürətli islahatlar keçirməkdən ibarətdir. İndi bütün iş adamları, sahibkarlar bank sisteminin onlara üz tutacagı günü gözləyir. Bu islahatlar nəticə etibarilə ümumi iqtisadi inkişafımız üçün hava və su qədər lazım olan iqtisadiyyatın pul təminatına yol açmalıdır. Bunun alternativi yoxdur”.

Keçmiş maliyyə nazirinin sözlərinə görə, bu gün Azərbaycanda iqtisadiyyatın pul təminatı 15% ətrafındadır:
"Bu göstərici inkişaf etmiş ölkələrdə 100, 150 və bəzən 200 %-i ötür. Rusiya və Qazaxstan kimi bizimlə eyni məkanında olan neft ölkələrində isə bu göstərici 50 faiz ətrafındadır. Lakin həmin ölkələrdəki bir çox rəsmilər belə bunun çox az olduğunu təkidlə qeyd edib, tənqid atəşinə tuturlar”.



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi