"Ərəb baharı"nı önləyən Azərbaycan "Ərəb qripi"nə təslim oldu...

Ölkədə tüğyan edən və bir aydan çoxdur məmləkət insanının canından əl çəkməyərək "məmə" deyəndən pəpə yeyənədək hamının əsəblərini pozan qrip adlı mərəzlə bağlı Moderator.az-a ilginc məlumat daxil olub. 

Adının çəkilməsini istəməyən Səhiyyə Nazirliyi əməkdaşının bildirdiyinə görə həkimlər də müalicəyə tabe olmayan və adi qripdən xeyli fərqlənən bu mərəzin adını şərti olaraq "ərəb qripi” adlandırırlar. 
Amma bəlli səbəblərdən bu məsələni ictimailəşdirmək istəmirlər. Yəni bununla son illər Azərbaycana kütləvi axın edən ərəb turistləri küsdürməmək üçün daha çox susmağa üstünlük verirlər. Hətta zarafatla deyirlər ki, "Ərəb baharı” Azərbaycana ayaq aça bilməsə də "ərəb qripi” asanlıqla ölkəni caynağına keçirə bildi. 
Xatırladaq ki, bir neçə gün öncə keçmiş maliyyə naziri Fikrət Yusifov da maraqlı açıqlama ilə çıxış etmişdi:
"Yaxın bir dostum yeni ilə bir neçə gün qalmış Dubaydan Bakıya dönərkən uçaqda sərnişinlərin 80%-dən çoxunun ərəblər olduğunun şahidi olub. Yeni ili Azərbaycanda qarşılamağa gəlirlərmiş. Bir tərəfdən bu çox yaxşı haldır. Hər birimiz post-neft dövründə ölkəmizdə turizmin sürətli inkişafını istəyirik. Ancaq nədənsə bu ərəblərin Azərbaycana axını artdıqca mənim içimdə narahatlıq da böyüyür. Çünkı bunlar olan yerdə sabitlik olmur. Bütün bunların kökündə isə onların təbiət etibarılə cahil olmaları dayanır. Bir baxın ərəb dünyasına, görün bu gün orada nələr baş verir? Düşünürəm onları məsafədə saxlasaq daha yaxşı olar...”

Reallıq göstərdi ki, keçmiş nazir tamamilə haqlı imiş, ərəb turistləri məsafədə saxlamaq daha doğru addım olardı. Çünki onların Azərbaycana gəlişi buradakı sabitliyi pozmasa da sağlamlığımızı pozmağa kifayət etdi...

http://www.moderator.az/news/165783.html



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi